7:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir 18.12.2014

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə və Şərur rayon polis şöbələrində hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə və Şərur rayon polis şöbələrində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məhərrəm Həsənov və adı çəkilən şöbələrin zabit və sıravi rəis heyəti iştirak etmişlər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Vətəndaşların seçki hüququnun həyata keçirilməsində polis əməkdaşlarının rolu" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. 
A.Orucəliyev qeyd etmişdir ki, xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına azad, demokratik seçkilərin keçirilməsi, habelə dövlət həyatının ən mühüm məsələlərinə dair öz rəyini ümumxalq səsverməsi (referendum) yolu ilə bildirməsidir. Seçkilər və referendum demək olar ki, bütün dünyada vətəndaşların cəmiyyətin ictimai həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır.
Azərbaycan Respublikasında seçkiqabağı və seçki dövründə insan hüquq və azadlıqlarının qorunması, seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi sahəsində Daxili İşlər orqanlarının rolunun xususilə əhəmiyyət kəsb etdiyini qeyd edən natiq seçki prosesində polis əməkdaşlarının seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin etdiyini, habelə asayişin qorunması sahəsində fəaliyyət göstərdiyini xüsusilə vurğulamışdır.
Məruzəçi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məhərrəm Həsənov yekun vurmuşdur.
 
18/12/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).