21:17 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Başçəkmə 02.04.2013

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən mart ayı ərzində növbəti başçəkmələr həyata keçirilmişdir.
Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun Preventiv mexanizm qrupunun üzvləri Naxçıvan Muxtar Respublikası ərazisində azadlıqdan məhrum etmə yerlərində, müvəqqəti saxlama yerlərində, o cümlədən müvafiq sosial obyektlərdəki saxlanma şəraitini daim diqqətdə saxlayır, bu müəssisələrdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri davam etdirirlər.
Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən mart ayı ərzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Körpələr evi və Ailələrə Dəstək Mərkəzinə və Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziriliyinin Müvəqqəti Saxlama Yerinə, Naxçıvan şəhər polis İdarəsinə, Culfa rayon polis şöbəsinə, Babək rayon polis şöbəsinə və Kəngərli rayon polis şöbəsinə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə tipli cəzaçəkmə müəsssisəsinə, Qarışıq rejimli cəzaçəkmə müəsssisəsinin Qadınlar rejiminə, Ciddi rejiminə, Həbsxana rejiminə, ümumi rejim-2 bölməsinə və Naxçıvan Qarnizon Hauptvaxtına başçəkmələr həyata keçirmişlər.
Həyata keçirilən başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını diqqət mərkəzində saxlamışlar. 
Həmçinin bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir. 
 
02/04/2013













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).