0:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
 
İyunun 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordu Komandanlığı ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində növbəti hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Vəli Nuriyev və "N" saylı hərbi hissənin aid bölmələrinin zabit, gizir və əsgər heyəti iştirak etmişdir.
Tədbirdə Abil Orucəliyev "Hərbi qulluqçuların müraciət etmək hüququ" mövzusunda geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, hərbi qulluqçuların müraciət etmək hüququ ilə bağlı münasibətlər "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda geniş şəkildə tənzimlənmiş, həmçinin qanunda vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılması qaydası da müəyyən edilmişdir.
Qeyd olunmuşdur ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. 
Müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamə¬lərində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir.
Daha sonra Ombudsmanın nümayəndəsi tədbir iştirakçılarına "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin mahiyyəti barəsində məlumat vermiş, o cümlədən bu funksiyanı muxtar respublikada yerinə yetirən təsisat qismində Müvəkkilin fəaliyyət istiqamətləri haqqında qanunvericiliyin tələblərini izah etmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
Mətbuat xidnəti
29/06/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).