2:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
 
 
İyunun 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin ümumi-1 və ciddi rejimlərində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşları Abil Orucəliyev və İsa Əliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrin əməkdaşları və ümumi-1 və ciddi rejimlərdə cəza çəkən məhkumlar iştirak etmişlər.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev "Penitensiar müəssisələrdə məhkumların əməyə cəlb edilməsinin qanunvericilik əsasları" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 95.1-ci maddəsində qeyd olunur ki, hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər.
A.Orucəliyev bildirmişdir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90-cı maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər, dövlət məcburi sığortalanmasına cəlb edilir, qadın məhkumlar isə bundan əlavə ümumi əsaslarla hamiləliyə və ya doğuşa görə müavinətlə təmin olunurlar. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi əsaslarla qanunvericilikdə nəzərdə tutulmuş hallarda pensiya təminatı hüququna malikdirlər.
Müvəkkilin nümayəndəsi Naxçıvan Muxtar Respublikasında yerləşən cəzaçəkmə müəssisələrində məhkumların əmək hüququnun təmin edilməsi ilə bağlı görülmüş işlər barəsində məlumat verərək bildirmişdir ki, məhkumların ictimai faydalı əməklə məşğul olmaq hüquqlarının daha geniş şəkildə təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə 2016-cı ilin fevral ayının 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmişdir.
Sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, həmçinin, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Sonda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
Mətbuat xidməti
29/06/2017















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).