1:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm funksiyalarının icrası məqsədilə Preventiv qrupun üzvləri tərəfindən iyun ayı ərzində də ardıcıl tədbirlər həyata keçirilmişdir.
 
2017-ci ilin iyun ayı ərzində Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur, Kəngərli və Ordubad rayon polis şöbələrində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin ümumi rejim-1 və ciddi rejim bölmələrində qabaqcadan xəbər verilmədən planlı olaraq başçəkmələr həyata keçirilmişdir.
Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun olaraq keçirilmiş başçəkmələrdə yuxarıda adı çəkilən müəssisələrdə saxlanılma və ya müalicə alma şəraiti və rəftar, həmçinin saxlanılan və ya müalicə alan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərə, habelə kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım və digər məsələlərin icra vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Ombudsmanın Preventiv qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
Mətbuat xidməti
30/06/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).