10:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
 
İyulun 21-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları tərəfindən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Fuad Heydərov və müvafiq zastavaların əsgər və zabit heyəti iştirak etmişlər.
Həyata keçirilmiş tədbirlərdə Abil Orucəliyevin "Sərhəd xidməti qaydalarını pozmağa görə cinayət məsuliyyətinin əsasları" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Abil Orucəliyev dövlət sərhəddinin mühafizəsi barədə tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. 
A.Orucəliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində sərhəd xidməti qaydalarının pozulmasına görə cinayət məsuliyyətinin müəyyən olunduğunu bildirərək əlavə etmişdir ki, sərhəd xidməti qaydalarını pozma sərhəd dəstəsi tərkibində hərbi xidmət çəkmə zamanı xidməti özbaşına dayandırmada, kənar məşğuliyyətlərlə əlaqədar xidmətdən yayınmada, diqqətsizlikdə, sərhəddən qaçaqmalçılıq yolu ilə əşyaların keçirilməsində, silah tətbiqi qaydasına əməl edilməməsində, sərhədi pozan barəsində məlumatın verilməməsində, xarici dövlətin vətəndaşları ilə danışıqlar aparılmasında və ya əşyaların mübadiləsində və s. təzahür edir.
Daha sonra məruzəçi "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
Mətbuat xidməti
24/07/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).