10:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda "Həssas miqrantların, o cümlədən əməkçi miqrantların, məcburi köçkünlərin, sığınacaq axtaranların və qaçqınların haqlarının müdafiəsi" mövzusunda tədbir keçirilib.
 
İyulun 26-da Naxçıvan şəhərindəki "Təbriz" otelində müvafiq təşkilatların əməkdaşlarının iştirakı ilə keçirilmiş tədbiri Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev açaraq qeyd etmişdir ki, dünyada miqrasiya prosesinin tənzimlənməsi və miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir. 
 
 
Xidmət rəisi qeyd etmişdir ki, bu gün ölkəmiz üçün miqrasiya problemlərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etmələri, yaşayış yeri seçmələri, təhsil almaları, əmək fəaliyyəti ilə məşğul olmaları, səhmdar və sahibkar kimi fəaliyyət göstərmələri, şəxsi toxunulmazlıqları, mənzil toxunulmazlıqları, sağlamlıqlarının qorunması, vicdan azadlığı tam təmin olunur. Ölkəmiz miqrasiya sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və görülən işlər həmin təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. 
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndə-liyinin rəhbəri Serhan Aktoprak çıxışında bu tədbirin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə yaradılan şərait üçün muxtar respublika rəhbərinə minnətdarlığını bildirmiş, Azərbaycanda 6 fərqli istiqamətdə 6 müxtəlif tədbir keçirildiyini və beləliklə də, Azərbaycanın təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakta dəstək olduğunu vurğulamışdır. 
Serhan Aktoprak əlavə etmişdir ki, Azərbaycanda keçirilən tədbirlərdə əhatə olunan mövzular Beynəlxalq Miqrasiya Təşkilatına üzv dövlətlər tərəfindən 2016-cı il sentyabrın 19-da qəbul olunan "Qaçqınlar və miqrantlar üçün Nyu-York Bəyannaməsi"ndə əks etdirilən miqrasiya ilə əlaqəli 24 istiqamətə uyğun olaraq müəyyənləşdirilmişdir. Bu gün təkcə Avrasiya regionunda deyil, dünyanın başqa bölgələrində də maraq göstərilən, öyrənilən miqrasiya və sərhəd idarəçiliyində Azərbaycan modeli adlanan əsaslı bir təcrübə diqqət mərkəzindədir. Bu mənada, Azərbaycanın beynəlxalq və regional proseslər çərçivəsində qlobal kompaktda aktiv iştirakı və ona liderlik etməsi heç də təəccübləndirici deyil. 
Tədbirdə BMqT-nin mütəxəssisi Klaus Foldenin "Nyu-York Bəyannaməsi və təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakt", BMqT-nin hüquq üzrə mütəxəssisi Fanny Dufvenmarkın "Miqrantların haqlarının və fundamental azadlıqlarının qorunması və həssas vəziyyətlərdə olan miqrantların xüsusi ehtiyacları", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Furio De Angelisin "Qaçqın və sığınacaq axtaranların hüquqlarının qorunması", Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Kənan Məmmədovun "Miqrantların hüquqlarının qorunmasına dair Azərbaycan qanunvericiliyi" mövzularında təqdimatları olmuşdur. 
Təqdimatlar zamanı mövzulara slaydlar vasitəsilə ətraflı izah verilmişdir. 
Günün ikinci yarısında tədbir panel və qrup müzakirələri ilə öz işini davam etdirmişdir.
Qeyd etmək lazımdır ki, aidiyyatı dövlət qurumlarının əməkdaşları ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da iştirak etmişdir.
28/07/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).