11:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın Preventiv qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis idarə, şöbə və bölmələrinə növbəti başçəkmələr həyata keçirilmişdir.
 
2017-ci ilin iyul ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinə və onun 1 saylı polis bölməsinə, Sədərək, Şərur, Kəngərli, Culfa və Ordubad rayon polis şöbələrinə, o cümlədən Naxçıvan Dəmiryol Nəqliyyatında polis şöbəsinə, həmçinin Şərur və Culfa Dəmiryol Nəqliyyatında Polis bölmələrinə, Ordubad rayon polis şöbəsinin Biləv Polis bölməsinə qabaqcadan xəbər verilmədən planlı olaraq başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun olaraq keçirilmiş başçəkmələrdə yuxarıda adı çəkilən müəssisələrdə saxlanılma şəraiti və rəftar araşdırılmış, həmçinin saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərə, habelə müvəqqəti saxlama yerlərinə baxış keçirilmiş, qidalanma, tibbi yardım və digər məsələlərin icra vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
Mətbuat xidməti
01/08/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).