15:06 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

İyul ayının 29-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatında 2017-cı ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.    

Yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova giriş sözü ilə açaraq qeyd etmişdir ki, muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2017-ci ilin birinci yarısında da uğurla davam etdirilmişdir. Sonra Müvəkkil təsisatın 2017-ci ilin birinci yarısına dair fəaliyyətinin yekunları ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. 

 

 

Ombudsman qeyd etmişdir ki, 2017-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini əsasən insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi aid dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində davam etdirmişdir. 
2017-ci ilin birinci yarısında insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Müvəkkilə ünvanlanmış müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqları izah edilmişdir. Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər cavablandırılmışdır.
Məruzəçi vurğulamışdır ki, 2017-ci ilin ötən dövrü ərzində də Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini əsasən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir. Belə ki, 2017-ci ilin birinci yarısında əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində olmuş, Əlahiddə Ümumqoşun Ordusu, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası, Ədliyyə Nazirliyi və Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu digər orqanlar ilə birgə hüquqi maarifləndirici tədbirlər həyata keçirilmişdir. 
"Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada tətbiqi vəziyyətinin öyrənilməsi, habelə görülən işlərin müzakirəsi və əlaqələndirilməsi məqsədilə aid qurumların iştirakı ilə müvafiq konfranslar keçirilmiş, Proqramın icrası təmin edilmişdir" - deyə çıxış edən Müvəkkil Ü.Bayramova bildirmişdir ki, 2017-ci ilin birinci yarısında Müvəkkil təsisatı tərəfindən ümumilikdə, müxtəlif sosial qruplara ünvanlanmış 22 tədbir keçirilmişdir. 
Qeyd edilmişdir ki, 2017-ci ilin birinci yarısında Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə ümumilikdə 19 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 29 başçəkmə həyata keçirmişdir.  
Məruzəçi qeyd etmişdir ki, ötən ildə də informasiya və ictimaiyyətlə əlaqələrin təşkili istiqamətində işlər davam etdirilmişdir. Belə ki, Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının daha da zənginləşdirilməsi, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkil və təsisatın fəaliyyətinin işıqlandırılması, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.  
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, 2017-ci ilin II yarısında da Müvəkkil təsisatı fəaliyyətini insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərə baxılması, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi istiqamətində davam etdirərək dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübəni daha da inkişaf etdirməli və mütəmadi təkmilləşdirməlidir. 
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iclasa yekun vuraraq bildirmişdir ki, Müvəkkil təsisatı 2017-ci ilin II yarısında da qarşıda duran vəzifələrin icra edilməsi istiqamətində səylərini davam etdirəcəkdir.  

 

01/08/2017 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).