2:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən birləşmə və hərbi hissələrdə hüquqi maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq avqustun 2-də Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Ramazan Abdullayev və hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak edib.
Tədbirdə Abil Orucəliyev "Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə verməyə görə cinayət məsuliyyətinin əsasları" mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir və hərbi intizam hər bir hərbi qulluqçunun hərbi borcunu və öz Vətəni-Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır.
A.Orucəliyev hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətlərinin ictimai təhlükəliliyi barədə ətraflı danışaraq əlavə edib ki, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə verməyə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331-ci maddəsində təsbit olunub.
Sonra məruzəçi mövzu ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
  03/08/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).