5:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Sədərək rayon polis şöbəsində tədbir keçirilib.
 
Avqustun 3-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Sədərək rayon polis şöbəsində keçirilmiş tədbirdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları Yulət Əliyev və Sədərək rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Tədbirdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev tutulan və ya həbs edilən şəxslərin həbs yerinə gətirildikdən sonra üçüncü şəxslərə məlumat vermək hüququ barədə çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, "Polis haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmalıdır (tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verməməlidir). 
A.Orucəliyev bildirib ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. 
Daha sonra məruzəçi mövzu ilə bağlı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin, həmçinin "Polis haqqında" və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunlarının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
03/08/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).