23:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Babək rayon polis şöbəsində tədbir keçirilib.
 
Avqustun 31-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Babək rayon polis şöbəsində tədbir keçiirlib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Babək rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Tədbirdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin maddi-məişət təminatı və bu sahədə beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə məlumat verərək bildirib ki, cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin polis orqanının nəzdində olan müəssisələrdə saxlama normaları, saxlanılma qaydaları, saxlanılanların hüquq və vəzifələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının «14» yanvar 2013-cü il tarixli Q1-001-13 nömrəli qərarı ilə təsdiq edilmiş "Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 22 may 2012-ci il tarixli qanunu ilə tənzimlənir.
Abil Orucəliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) və Milli Preventiv qrupun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən müvəqqəti saxlama yerlərinə daxil ola, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşə və söhbət edə, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış ola və surətlərini ala, akt tərtib edə, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdıra bilərlər. 
Müvəqqəti Saxlama Yerinin rəisi İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Milli Preventiv qrupun üzvlərinin təxirə salınmadan qəbul olunmasını, eləcə də saxlanılan şəxslərlə görüşmələrini və təkbətək söhbət etmələrini, habelə onların saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmalarını və surətlərini almalarını dərhal təmin etməlidir. 
Daha sonra məruzəçi mövzu ilə bağlı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin, həmçinin "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları"nın müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
31.08.2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).