14:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın nümayəndələri hüquqi maarifləndirmə tədbirlərini davam etdirir.
 
Belə ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerində "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun tələbləri" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Müvəqqəti Saxlama Yerinin zabit və sıravi rəis heyəti iştirak edib.
Tədbirdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu 22 may 2012-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş, 6 iyul 2012-ci il tarixdə isə Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı dərc edilib.
Abil Orucəliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Şəxsin həbsdə saxlanılmasına yalnız məhkəmə qərarı əsasında yol verildiyini diqqətə çatdıran natiq vurğulayıb ki, hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları bildirilməlidir. 
Ombudsmanın nümayəndəsi əlavə edib ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin müvəqqəti saxlama təcridxanalarında uzun müddət saxlanılmasının qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir.
Daha sonra məruzəçi mövzu ilə bağlı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin, həmçinin "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları"nın müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
08/09/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).