17:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissələrində növbəti tədbirlər keçirilib.
 
Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissələrində növbəti hüquqi maarifləndirmə tədbirləri tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Vəli Nuriyev və müvafiq hərbi hissələrin zabit, gizir və əsgər heyəti iştirak edib.
Tədbirlərdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev "Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd edib ki, silahlı qüvvələrin daimi döyüş qabiliyyətli və döyüş hazırlıqlı olmasının zəruri şərti - hərbi qulluqçular tərəfindən onların vəzifələrini, funksiyalarını və onlara verilən tapşırıqları müəyyən edən normativ aktların tələblərinə dönmədən riayət edilməsi, yüksək hərbi intizamın dəstəklənməsidir.
A.Orucəliyev əlavə edib ki, bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq qanun qarşısında bərabərdilər və onlar ictimai təsir tədbirlərinə, intizam məsuliyyətinə, mülki hüquqi məsuliyyətə, maddi məsuliyyətə, o cümlədən cinayət məsuliyyətinə cəlb edilə bilərlər. 
Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332-ci maddəsində təsbit olunduğunu diqqətə çatdıran Ombudsmanın nümayəndəsi tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hərbi qulluqçuların qarşılıqlı münasibətləri, həmin münasibətləri tənzim edən qaydalar hərbi nizamnamələrdə səhih şəkildə müəyyən edilir. Bu qaydanın əsas tələbləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət və İntizam Nizamnamələrində təsbit edilir. Hərbi intizam hər bir hərbi qulluqçudan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qulluq etdiyi hərbi hissənin (gəminin) və öz hərbi rütbəsinin şöhrətini şərəflə qorumağı tələb edir.
Sonra məruzəçi mövzu ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət və İntizam Nizamnamələrinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Daha sonra məruzəçi mövzu ətrafında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Mətbuat xidməti
14/09/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).