2:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. 
 
Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə təşkilatçılığı ilə Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ombudsman Aparatının əməkdaşları Asiman Abbasov və Turqay Mirzəyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva və Mərkəzin digər əməkdaşları iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasovun "Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması və onların cəmiyyətə inteqrasiyasını təmin edən sənəd kimi" mövzusunda geniş məruzəsi dinlənilib.
A.Abbasov Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsində hər bir vətəndaşın təhsil almaq hüququnun təsbit olunduğunu qeyd edərək bildirib ki, šli qəbul olunmuş "Təhsil haqqında" Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-IIIQ šli Qanunu vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir.
Ombudsmanın nümayəndəsi "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının 25 avqust 1992-ci il tarixli, 284 šli Qanununa uyğun olaraq dövlətin onların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq əlavə edib ki, respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə ki, 5 iyun 2001-ci ildə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən imzalanmış "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi və reabilitasiyasını daha da yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli 13-05/S nömrəli Sərəncamı ilə "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı" təsdiq edildiyini vurğulayan Ombudsmanın nümayəndəsi qeyd edib ki, "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın qəbul olunmasında ümumi məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasından ibarətdir.
Sonra məruzəçi mövzu ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli 13-05/S nömrəli Sərəncamı ilə təsdiq etdiyi "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı" barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
18/09/2017 















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).