0:46 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi Ombudsmanın daim diqqət mərkəzindədir.
 
Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları tərəfindən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında bir sıra hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Muxtar Ağayev və müvafiq zastavaların əsgər və zabit heyəti iştirak edib.
Həyata keçirilmiş tədbirlərdə Abil Orucəliyevin "Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması" və "Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarının və döyüş növbəsi çəkmə qaydalarının pozulması" mövzularında geniş məruzəsi dinlənilib.
Abil Orucəliyev tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması dedikdə, bir hərbi qulluqçunun digər hərbi qulluqçu üzərində müxtəlif növ zorakı hərəkətlər etməsi, onun şərəf və ləyaqətini alçaltması və onu təhqir etməsi başa düşülür. Belə hərəkətlər, adətən, təqsirkarın özü üçün əlverişli xidmət şəraiti yaratmaq, kollektivdə imtiyazlı müvqeyə nail olmaq, birgə qulluq etdiyi hərbi qulluqçuları ozünə tabe etmək məqsədi ilə, o cümlədən də xuliqanlıq niyyəti ilə törədilir. 
Hərbi qulluqçuların qarşılıqlı münasibətləri, həmin münasibətləri tənzim edən qaydalar hərbi nizamnamələrdə səhih şəkildə müəyyən edilir. Bu qaydanın əsas tələbləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Daxili Xidmət və İntizam Nizamnamələrində təsbit edilir. Hərbi intizam hər bir hərbi qulluqçudan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, qulluq etdiyi hərbi hissənin (gəminin) və öz hərbi rütbəsinin şöhrətini şərəflə qorumağı tələb edir.
Ombudsmanın nümyəndəsi əlavə edib ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332-ci maddəsində öz əksini tapıb.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit olunmuş silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarının və döyüş növbəsi çəkmə qaydalarının pozulması cinayəti barədə danışıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
26/09/2017 













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).