9:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Psixiatriya yardımının könüllülüyü və bu sahədə qanunvericiliyin tələbləri" mövzusunda tədbir keçirilib.
 
 
Oktyabrın 4-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində keçirilmiş tədbirdə Ombudsman aparatının əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Dispanserin digər əməkdaşları iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Asiman Abbasov geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sağlamlığın qorunması hüququ barədə tədbir iştirakçılarına məlumat verib. O, qeyd edib ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
A.Abbasov tibbi yardımın əsas növlərindən biri olan psixiatriya yardımı barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətlər Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 142-IIQ saylı Qanunu ilə tənzimlənir.
Müvəkkil aparatının əməkdaşı psixiatriya yardımının könüllülüyü barədə danışaraq vurğulayıb ki, Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bu Qanunun 11-ci və 12-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin özü müraciət etdikdə, ona psixiatriya yardımı göstərilir.
Məruzəçi əlavə edib ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununda Müvəkkilin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzi və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq hüququ təsbit olunub.
Sonra məruzəçi Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası Qanununun və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
04/10/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).