20:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Dövlət qulluqçularının maarifləndirilməsi işi davam etdirilir.
 
 
Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada "Dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi" mövzusunda seminar keçirilib. 
52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə keçirilmiş seminarda Komissiya sədri İsmayıl Qəribli çıxış edərək seminarın dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsi məqsədilə keçirildiyini bildirib.
İ.Qəribli əlavə edib ki, mövcud qanunvericiliyin düzgün tətbiq olunması üçün mütəmadi olaraq seminarlar təşkil edilir. Lakin bəzi hallarda qanunvericiliyin, xüsusən də əmək münasibətlərini tənzimləyən normaların pozulması halları müşahidə olunur ki, bu da dövlət orqanlarının qərarlarının ləğv olunması, bəzi hallarda isə məhkəmə çəkişmələri ilə nəticələnir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin sədri Hicran Muradov "İnzibati icraat haqqında" Qanunun və əmək qanunvericiliyinin dövlət orqanlarında tətbiqi zamanı yaranan problemlər" mövzusunda çıxış edərək deyib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, dövlət quruculuğu və hüquq sistemində də köklü islahatlar aparılıb. 
H.Muradov məhkəmə təcrübəsində sözügedən qanunların tətbiqi zamanı yaranmış problemlərdən danışıb, dövlət orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, dövlət qulluğuna xitam verilməsi, intizam tənbehlərinin tətbiq edilməsi zamanı buraxılmış nöqsanlardan, həmçinin qanunda nəzərdə tutulmuş inzibati orqanların və onların vəzifəli şəxslərinin məsuliyyət daşıması məsələlərindən söhbət açıb. O, mövcud qanunvericiliyin tələblərini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışlardan sonra mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, seminarda, həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı da iştirak edib.
 
Mətbuat xidməti
13/10/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).