19:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində tədbir keçirilib.
 
 
Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində "Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Yol-patrul xidməti əməkdaşının vəzifələri" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Dövlət Yol Polisi İdarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Abil Orucəliyev tədbirdə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edərək bildirib ki, polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olmaqla təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa-zidd hərəkətlərdən qorumaqdan ibarətdir.
Abil Orucəliyev əlavə edib ki, Azərbaycan Respublikasının Daxili İşlər nazirinin 19 yanvar 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş Yol-Patrul Xidməti Haqqinda Təlimata uyğun olaraq Yol-patrul xidməti Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin tərkib hissəsi kimi, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir və yol hərəkətinə nəzarət etmək, yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq, o cümlədən yol hərəkəti təhlükəsizliyi qaydalarını pozan şəxsləri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmək yol-patrul xidmətinin əsas vəzifələrindən biridir. 
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
13/10/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).