4:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Polis əməkdaşlarının hüquqi maarifləndirilməsi işi davam etdirilir.
 
Noyabrın 2-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur rayon polis şöbəsində "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və onun nəzarət mexanizmi" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Şərur rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Abil Orucəliyev tədbirdə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edib.
Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olmasının, daha sonra "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etməsinin demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azalıqların təmininə sadiqliyin ifadəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran A. Orucəliyev qeyd edib ki, Avropa Şurasının ən mühüm sənədlərindən biri olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası 4 noyabr 1950-ci ildə İtaliya Respublikasının paytaxtı Roma şəhərində imzalanmış və 3 sentyabr 1953-cü ildə Konvensiyanın 59-cu maddəsinə uyğun olaraq on dövlət tərəfindən ratifikasiya olunduqdan və qeydiyyat etibarnamələri Avropa Şurasının Baş katibinə təqdim edildikdən sonra hüquqi qüvvəyə minib. Bu Konvensiya 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini konkret hüquqi öhdəliklərə çevirən ilk regional səviyyəli beynəlxalq müqavilədir. 
Ombudsman aparatının əməkdaşı əlavə edib ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasında əsas etibarilə mülki və siyasi hüquqlar (yaşamaq hüququ, işgəncələrin qadağan olunması, köləliyin və məcburi əməyin qadağan olunması, azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ, fikir, vicdan və din azadlığı, özünü ifadə etmək azadlığı, yığıncaqlar və birləşmək azadlığı, nikah hüququ, səmərəli hüquqi müdafiə vasitələri hüququ, ayrı seçkiliyin qadağan olunması) təsbit olunub. Konvensiyanın üstün cəhətlərindən ondan ibarətdir ki, o, yeni sənədlərlə tamamlanmaqla daim yeniləşməkdədir. 
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
03/11/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).