11:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Qarnizon Hauptvaxtında tədbir keçirilib.
 
Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Naxçıvan Qarnizon Hauptvaxtında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin izahı" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Ricard İsmayılov və Naxçıvan Qarnizon Hauptvaxtının zabit, gizir və əsgər heyəti iştirak edib.
Tədbirdə Abil Orucəliyev həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun tələbləri barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu 22 may 2012-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş, 6 iyul 2012-ci il tarixdə isə Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı dərc edilib.
A.Orucəliyev bildirib ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Ombudsmanın nümayəndəsi əlavə edib ki, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul xidmətləri Nizamnaməsinin 4 saylı əlavəsinin 3-cü bəndinə əsasən hauptvaxtlar hərbi qulluqçular üçün müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirir. Hauptvaxtda intizam qaydasında və cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular saxlanılırlar.
Sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələbləri barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
08/11/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).