3:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Daxili İşlər Nazirliyi ilə birgə hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Noyabrın 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad rayon polis şöbəsində ""Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Ordubad rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Abil Orucəliyev tədbirdə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri barədə tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, vətəndaşların müraciətlərinə baxılması qaydalarını müəyyən edən və əsas normativ akt olan bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir və vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.
A.Orucəliyev "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununda vətəndaşların müraciətlərinin təklif, ərizə və şikayət formalarının təsbit olunduğunu, vətəndaşların dövlət orqanlarına təklif, ərizə və şikayətlərlə müraciət etməsinin insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müvəkkil Aparatının əməkdaşı əlavə edib ki, yuxarıda adı çəkilən qanununun 6.1-ci maddəsinə uyğun olaraq vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
30.11.2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).