16:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

 

Ombudsmanın Preventiv Qrupu noyabr ayında bir sıra başçəkmələr həyata keçirib.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa uyğun olaraq Müvəkkil işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
Buna uyğun olaraq, 2017-ci ilin noyabr ayı ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur, Kəngərli və Ordubad rayon polis şöbələrində, Şərur rayon polis şöbəsinin İbadullah polis bölməsində, Şərur rayon Dəmiryol Nəqliyyatında polis bölməsində, o cümlədən Müvəqqəti Saxlama Yerində, həmçinin Naxçıvan Qarnizon Hauptvaxtında və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi-1, qadınlar və ciddi rejim bölmələrində qabaqcadan xəbər verilmədən planlı olaraq başçəkmələr həyata keçirilib.
BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə uyğun olaraq saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyəti, habelə kameralara baxış, qidalanma, tibbi yardım və digər məsələlərin icra vəziyyətinin öyrənilməsi olub.
Başçəkmələr zamanı Preventiv Qrup tərəfindən hər hansı pozuntu halları aşkar edilməyib.

Mətbuat xidməti 
30.11.2017  

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).