21:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Şahbuz Rayon Polis Şöbəsində növbəti tədbir keçirilib.
 
Dekabrın 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz rayon polis şöbəsində "Mülkiyyət hüququnun müdafiəsi və bu sahədə beynəlxalq və milli qanunvericiliyin tələbləri" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Şahbuz rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Abil Orucəliyev tədbirdə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edərək mülkiyyət hüququnun iqtisadi hüquqlar arasında ən əhəmiyyətli yerə malik olduğunu, günümüzədək baş verən qalmaqalların, hüquq pozuntularının əksəriyyətinin dolayı və ya birbaşa səbəbinin mülkiyyət hüququnun pozulması olduğunu, mülkiyyətin insanla maddi əşyalar arasındakı münasibəti ifadə etdiyini bildirib.
Mülkiyyət hüququnun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunduğunu qeyd edən A.Orucəliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Ombudsman aparatının əməkdaşı əlavə edib ki, əmlak hüquqlarının ölkədaxili və beynəlxalq müstəvidə müxtəlif vasitələrlə müdafiəsinin təmin olunması demokratik quruluşun ən önəmli vəzifələrindən biri kimi qarşıda durur, bu sahədə dövlətin olduğu qədər cəmiyyətin də iştirakı, vətəndaşın bu hüquq barədə maarifləndirilməsi də böyük əhəmiyyət kəsb edir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
08/12/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).