0:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ölkəmizdə insan hüquqları etibarlı müdafiə olunur.
 
1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur. 
Ötən əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. 
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə əsas insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir. 
Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərman və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüşdür. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltmişdir.
Azərbaycan Respublikası 1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuş, 2001-ci ildə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan mötəbər beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir. 
Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. İnsan hüquqlarının qorunmasını və bu sahədə görülən tədbirlərin genişləndirilməsini daim diqqət mərkəzində saxlayan ölkə başçısının "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunması haqqında" 2006-cı il 28 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ölkəmizdə insan hüquq və azadlıqlarının davamlı inkişafına zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamına əsasən isə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasında da insan hüquq və azadlıqları daim diqqət mərkəzində saxlanılır, muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir.
Ölkə başçısının "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuşdur. Belə ki, ötən dövr ərzində Naġçıvan Muġtar Rċspublikasında hüquq institutlarının inkişafı, hüquq-mühafizə îrqanlarının və məhkəmələrin fəaliyyətinin müasir tələblər nəzərə alınmaqla təşkil olunması, eləcə də înların maddi-tċġniki bazasının daha da möhkəmləndirilməsi sahəsində mühüm işlər görülmüş, dövlət orqanlarının, o cümlədən məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz olunması, habelə onların fəaliyyətində yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində bir sıra zəruri addımlar atılmışdır. Müvəkkil təsisatının fəaliyyəti təmin edilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə penitensiar xidmətin infrastrukturu təkmilləşdirilmiş, hər bir vətəndaşın öz konstitusion hüquq və qanunla qorunan mənafelərinin həyata keçirilməsi, o cümlədən əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə vəkillik institutunun hüquqi statusu müəyyənləşdirilmiş və inkişaf etdirilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin müxtəlif sosial qruplarının - ahılların, uşaqların, fiziki qabiliyyəti məhdud şəxslərin, məhkumların və digər şəxslərin hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görülür. Muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın icrasına uyğun olaraq bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmışdır. 
Muxtar Respublikada qadın hüquqlarının müdafiəsi, o cümlədən məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılmış, onların fəaliyyəti üçün yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını səmərəli şəkildə reallaşdırmalarına yol açmışdır. Qadınların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə muxtar respublikadakı peşə məktəblərində kurslar təşkil edilir, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara xüsusi diqqət göstərilir, onların əl işlərindən ibarət satış sərgiləri keçirilir. Belə tədbirlərin həyata keçirilməsi qadınların istedad və bacarıqlarının üzə çıxarılması, o cümlədən əmək hüquqlarının həyata keçirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. 
Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2016-cı il 11 yanvar tarixli Sərəncamı mühüm əhəmiyyətə malikdir. Artıq muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradılmış, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu gün muxtar respublikada həyata keçirilən davamlı sosial-iqtisadi islahatların, o cümlədən əhalinin məşğulluğunun, sosial yardımın ünvanlılığının təmin edilməsinin məntiqi nəticəsidir ki, sakinlərin sosial rifah halı daha da yaxşılaşmış, yoxsulluq səviyyəsi kəskin azalmışdır. 
Muxtar respublikada məhkumların da hüquq və azadlıqlarının təmin olunması, saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, peşə vərdişlərinə yiyələnməsi üzrə keçirilən ardıcıl tədbirlərin davamı olaraq 2016-cı il fevralın 24-də Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmiş, məhkumlara xalçaçılıq və misgərlik sənəti üzrə kurslar təşkil olunmuş, onların istehsalat sahəsində hazırladıqları əl işləri muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilmişdir. 
Muxtar respublikada azad mətbuatın fəaliyyət göstərməsi, söz və fikir azadlığının təmin olunması, yaradıcı insanlar üçün hərtərəfli şəraitin yaradılması, bütün yaşayış məntəqələrində sürətli internetin istifadəyə verilməsi və insanların informasiyaya çıxış imkanlarının yaxşılaşdırılması da insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır.
Muxtar respublikada Konstitusiyamızda təsbit edilmiş insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquq mexanizmlərinin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.
11/12/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).