5:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aid dövlət qurumları ilə birgə növbəti hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Tədbirlər Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzin, Psixi Xəstəliklər Dispanserin, həmçinin "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavasında davam etdirilmişdir.
Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində keçirilmiş tədbirdə Ombudsman Aparatının əməkdaşı Turqay Mirzəyev "Sağlamlıq imkanları məhdud uşaqların Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə yerləşdirilməsi və onların fiziki, əqli və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün müasir təlim üsullarının tətbiqi", Psixi Xəstəliklər Dispanserində keçirilmiş tədbirdə isə "Psixiatriya müəsissəsinin işçi heyətinin pasiyentlərlə rəftarı və qanunvericilik" mövzusunda çıxış edərək tədbir iştirakçılarına geniş məlumat vermiş və bu istiqamətdə muxtar respublikada görülən işlərdən danışmışdır.
Tədbirdə səhiyyə müəssisələrinin əməkdaşları və Səhiyyə Nazirliyinin nümayəndəsi iştirak etmişdir.
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavasında keçirilən tədbirdə isə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev "Sərhəd xidməti qaydalarını pozmağa görə cinayət məsuliyyətinin əsasları" mövzusunda çıxış edərək mövcud qanunvericiliyin tələbləri barədə geniş məlumat vermişdir.
Tədbirdə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının nümayəndəsi və N saylı zastavanın əsgər və zabit heyəti iştirak etmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar Müvəkkil aparatının əməkdaşı tərəfindən cavablandırılmışdır.
 
22/12/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).