16:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm funksiyasının icrası təmin edilir.
 
Müvəkkilin preventiv mexanizm funksiyasının icrası 2017-ci ildə təmin edilmişdir. Belə ki, təsdiq edilən başçəkmə cədvəlinə uyğun olaraq ötən il ərzində Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmələr həyata keçirilmişdir.
Cari ilin dekabr ayı ərzində növbəti başçəkmələr Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz, Babək və Culfa rayon polis şöbələrində, Babək rayon polis şöbəsinin Cəhri polis bölməsində, Naxçıvan Şəhər Polis İdarəsində və onun 1 saylı polis bölməsində, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsində, Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsində, Culfa rayon Dəmiryol Nəqliyyatında polis bölməsində, o cümlədən Müvəqqəti Saxlama Yerində, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, İstintaq Təcridxanasında, o cümlədən, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin yetkinlik yaşına çatmayanlar, ümumi-1, qadınlar və həbsxana bölmələrində, Naxçıvan Qarnizon Hauptvaxtında, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evi"ndə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad İnternat məktəbində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində və Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində həyata keçirilmişdir.
BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə uyğun olaraq saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyəti, habelə kameralara baxış, qidalanma, tibbi yardım və digər məsələlərin icra vəziyyətinin öyrənilməsi olmuşdur.
Başçəkmələr zamanı Preventiv Qrup tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
29/12/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).