9:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Qarışıq rejimli cəzaçəkmə müəssisəsində tədbir keçirilmişdir.
 
Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq Penitensiar Xidmətin Mühafizə Taborunda və Qarışıq rejimli cəzaçəkmə müəssisəsində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Abil Orucəliyev və Qasım Bayramov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrin əməkdaşları və ümumi-1 rejimində cəza çəkən məhkumlar iştirak edib.
Penitensiar Xidmətinin Mühafizə Taborunda "Penitensiar xidmətin hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası" və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin ümumi-1 rejimində keçirilən tədbirdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev "Daxili intizam qaydalarına əsasən cəzaçəkmə müəsissələrində təhlükəsizlik tədbirləri və onların tətbiqi qaydaları" və "Yolxucu xəstəliklərin qəsdən yayılmasının qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti" mövzularında çıxış edərək mövcud qanunvericiliyin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Sonda mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
28/12/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).