8:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2017-ci ilin yekunları təhlil edildi.
 
 
Yanvarın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın 2017-ci ildə görülən işlər barədə geniş məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı, sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə geniş imkanlar yaratmışdır.
2017-ci ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı fəaliyyətini əsasən insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, aid dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində davam etdirmişdir.
Məruzəçi vurğulamışdır ki, 2017-ci ildə də Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir. Belə ki, 2017-ci ildə əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində saxlanılmış, bu səpkidə 71 tədbir keçirilmiş, ümumilikdə isə bu tədbirlərdə 1870 nəfər iştirak etmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada təbliği və öyrənilməsi məqsədilə müvafiq tədbirlər keçirilmişdir.
Qeyd edilmişdir ki, 2017-ci ildə Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 107 başçəkmə həyata keçirilmişdir.
Məruzəçi qeyd etmişdir ki, ötən ildə də informasiya və ictimaiyyətlə əlaqələrin təşkili istiqamətində işlər davam etdirilmişdir. Belə ki, Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının daha da zənginləşdirilməsi, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkil və təsisatın fəaliyyətinin işıqlandırılması, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşkilatçılığı və aid dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlərə dair ümumilikdə 112 informasiya materialı kütləvi informasiya vasitələrində, o cümlədən Müvəkkilin rəsmi internet səhifəsində işıqlandırılmışdır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, 2018-ci ildə də Müvəkkil təsisatı fəaliyyətini insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərə baxılması, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi istiqamətində davam etdirərək dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübəni daha da inkişaf etdirməli və mütəmadi təkmilləşdirməlidir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2018-ci il üçün iş planı təsdiq edilmişdir.
Yığıncağa Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.
 
17/01/2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).