11:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan şəhəri 2018-ci il üçün "Gənclər Paytaxtı" seçildi.
 
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"na uyğun olaraq hazırlanmış "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramı çərçivəsində hər il ölkəmizin rayon və şəhərləri arasında Gənclər Paytaxtı olmaq uğrunda genclerpaytaxti.az internet saytında müsabiqə (səsvermə) keçirilir.
Yanvarın 25-i saat 00:01-dən yanvarın 31-i saat 23:59-dək davam edən və ölkəmizin 23 rayon və şəhəri arasında birincilik uğrunda aparılan növbəti müsabiqədə Naxçıvan şəhəri səslərin 30 faizini toplayaraq "Gənclər paytaxtı" adını qazandı. 
 
 
Naxçıvanlı gənclər səsvermənin başa çatdığı radələrdə Naxçıvan şəhərinin baş meydanına toplaşaraq sevinclərini ifadə etdilər.
 
 
Gənclər bu il İslam mədəniyyətinin paytaxtı olan Naxçıvanın ölkəmizin "Gənclər paytaxtı" seçimi ilə bağlı səsvermədə qalib gəlməsini böyük uğur kimi qiymətləndirdi, bunu muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi dəyərləndirdilər.

 

 
Məhz bütün bu yüksək keyfiyyətlərə görə, onlayn səsvermədə iştirak edən gənclər Naxçıvan şəhərinə daha çox səs verdilər və bununla da qədimliyin və müasirliyin harmoniyasında yenidən qurulan bu möhtəşəm şəhəri "Gənclər paytaxtı" olmağa layiq ən ideal məkan hesab etdiklərini nümayiş etdirdilər.
Bu gün muxtar respublikada gənclərin potensialından səmərəli istifadə olunması, onların sosial müdafiəsinin təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən tədbirlər, Naxçıvan Muxtar Respublikasında gənclərin yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramının qəbul olunması, gənc istedadların "Qızıl kitabı"nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli Fərmanı ilə muxtar respublikada Gənclər Fondunun yaradılması artıq Naxçıvan şəhərinin gənclər diyarı olaraq tanınmasını təmin etmişdir.
 
01.02.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).