16:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrə başçəkmlər davam etdirilir.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanuna uyğun olaraq Müvəkkil muxtar respublikada "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizm funksiyalarını həyata keçirir. Hər il Müvəkkilin preventiv mexanizm fəaliyyətinə dair iş planı və başçəkmələrə dair cədvəl təsdiq edilir.
2018-ci ildə də Müvəkkilin Preventiv mexanizm funksiyalarının icrası ilə əlaqədar preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilən başçəkmələr davam etdirilir.
Bu tədbirlərin davamı kimi, fevralın 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək rayon polis şöbəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı qeyd edilən müəssisədə saxlanılma şəraiti və rəftar məsələləri araşdırılmış, qanunvericiliyə uyğun olaraq saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyəti öyrənilmişdir.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
22/02/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).