21:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əmək müqaviləsi üzrə elektron informasiya sisteminin təqdimatı və sistemdən istifadəyə dair seminar keçirilmişdir.
 
 
İşəgötürənlər və müəssisələrin kadr məsələləri üzrə mütəxəssisləri üçün Naxçıvan Biznes Mərkəzində təşkil olunmuş seminarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov çıxış edərək ölkəmizdə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununa əsasən Əmək Məcəlləsinə "əmək müqaviləsi bildirişi" anlayışının daxil edildiyini bildirmişdir. 
Əziz Hümbətov qeyd etmişdir ki, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən işəgötürənə verilən gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.
Tədbirdə qeyd olunmuşdur ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlər bölməsinə əlavə edilmiş, işəgötürən və işçilərin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadəsinə köməklik məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 255 nömrəli qaynar xətt yaradılmışdır. 
Seminarda əmək müqaviləsi üzrə elektron informasiya sistemi barədə Naxçıvan Televiziyasının hazırladığı videoçarx nümayiş olunmuşdur.
Sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov elektron informasiya sisteminin iş prinsipi, "Naxçıvanpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi Rəşad Süleymanov isə elektron imzadan istifadə qaydaları barədə seminar iştirakçılarına slaydların müşayiəti ilə məlumat veriblər.
Qeyd etmək lazımdır ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Babək Hacıyev də iştirak etmişdir.
Sonda suallar cavablandırılmış, iştirakçılara maarifləndirici bukletlər təqdim edilmişdir.
15/03/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).