16:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Saxlanma yerlərinə başçəkmələr mart ayı ərzində də davam etdirilmişdir.
 
Müvəkkilin Preventiv mexanizm funksiyalarının icrası ilə əlaqədar preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirilən başçəkmələr mart ayı ərzində də davam etdirilmişdir.
Belə ki, cari ilin mart ayı ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli və Şahbuz rayon polis şöbələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, İstintaq Təcridxanasında, o cümlədən, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi-1, ciddi və qadınlar bölmələrində əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələr zamanı qeyd edilən müəssisələrdə saxlanılma şəraiti və rəftar məsələləri araşdırılmış, qanunvericiliyə uyğun olaraq saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
02/04/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).