Ali Məclisin Sədri Sərəncam imzaladı. Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə qərara alıram: 1. "Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin. 2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin". Qeyd edək ki, Dövlət Proqramı "Şərq Qapısı" qəzetinin 10.04.2018-ci il tarixli nömrəsində dərc edilmişdir. 10/04/2018
|