0:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu yerlərə başçəkmələr davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən, Ombudsmanın Preventiv qrupu tərəfindən cari ilin aprel ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur, Kəngərli, Babək və Şahbuz rayon polis şöbələrində, Şərur rayon polis şöbəsinin İbadulla və Babək rayon polis şöbəsinin Cəhri polis bölmələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evi"ndə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu əsasında təşkil edilmiş başçəkmələr zamanı daxil olmuş müraciətlər, saxlanma şəraiti, o cümlədən rəftar məsələləri araşdırılmış, məcburi və könüllü qaydada saxlanılan şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
30/04/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).