12:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili diqqət mərkəzində saxlanılır.
 
 
Mayın 19-da Naxçıvan şəhər icra hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşkilatçılığı ilə muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Sadiq Babayev də iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətləri barədə çıxış edərək qeyd etmişdir ki, müsair dövrdə dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətləri üçün lazımi şərait yaradılmış, əməkdaşlar iş otaqları, avadanlıqlar və sürətli internetlə təmin olunmuş, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının internet saytları istifadəyə verilmişdir.
Tədbirdə diqqətə çatdırılmışdır ki, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri tərəfindən təqdim edilən materiallar təhlil edilərkən aydın olmuşdur ki, bir sıra dövlət orqanlarının mətbuat xidmətləri fəaliyyətlərini muxtar respublikanın kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində qurmuş, onlar tərəfindən qəzet və televiziyalara peşəkar arayış və hesabatlar təqdim edilmiş, müsahibələr verilmiş, həmin əməkdaşlar təşkilatın fəaliyyəti barədə veriliş və məqalələrin hazırlanmasında yaxından iştirak etmişlər.
Muxtar respublikanın bəzi mərkəzi icra hakimiyyəti orqanlarının-Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ali Məclisin Sədri Yanında Dövlət Qulluğu üzrə Komissiyanın, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətlərinin isə fəaliyyətlərini kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində qura bilmədiyini, görülən işlər haqqında teleradio və qəzetlərdə, eləcə də təşkilatların öz internet saytlarında operativ məlumatların verilmədiyini diqqətə çatdıran Ü.Hüseynli bildirmişdir ki, bunun əsas səbəbi bəzi orqanlarda mətbuat xidmətləri vəzifələrinin vakant olması, bəzi orqanlarda isə bu vəzifəni tutan şəxslərin qeyri-peşəkar fəaliyyətləridir.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev "İnformasiya əldə etmək haqqında" və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq ictimaiyyətə açıq olan informasiyalar və dövlət sirri hesab edilən məlumatlar barədə məlumat vermişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək 2005-ci il mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə mərkəzi icra hakimiyyəti orqanlarında "mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi" ştatının təsis olunduğunu, orqanların mətbuat və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərinin təşkilinin bu sahələr üzrə məsul əməkdaşlara həvalə edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Ə.Həsənov bildirmişdir ki, ictimaiyyətin vaxtında və düzgün məlumatlandırılması işi də daim diqqət mərkəzində saxlanılmış, mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet saytları yaradılmışdır. 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdıran Aparat rəhbəri diqqətə çatdırmışdır ki, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçiləri fəaliyyətlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi ilə uzlaşdırmalı, mətbuatla əlaqələr üzrə məsul şəxslər mövcud qanunvericiliyi öyrənməli və fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası test mərhələsindən sonra mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifəyə namizədlərin peşə vərdi şinin yoxlanmasını (esse imtahanı) təşkil etməli, yaradıcılıq qabiliyyəti olan əməkdaşlar işə qəbul olunmalı, haliyədə fəaliyyət göstərən mətbuat xidmətlərinin əməkdaşlarının isə bir ay ərzində attestasiyası aparılmalı, Ali Məclis Aparatının aid şöbəsi ilə birlikdə orqanların mətbuat xidmətləri əməkdaşlarının peşə vərdişlərinin təkmilləşdirilməsi üçün mütəxəssislərin iştirakı ilə seminar və kurslar keçirməlidir.
Həmçinin vurğulanmışdır ki, muxtar respublikanın kütləvi informasiya vasitələri ilə dövlət orqanlarının mətbuat xidmətlərinin qarşılıqlı əməkdaşlığına nail olunmalıdır.
Tədbirin sonunda iştirakçılara mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisinin vəzifələri barədə hazırlanmış kitabça təqdim edilmişdir.
22/05/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).