4:01 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
 
Mayın 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
 
Tədbirdə Ombudsman aparatının əməkdaşları Vahidə Bayramova, Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Mərkəzin əməkdaşları iştirak etmişdir.
Müvəkkil aparatının əməkdaşı Vahidə Bayramova tədbirdə "Dinamik və dayanıqlı inkişaf yolunda olan Naxçıvan Muxtar Respublikasında uşaq hüquqları" mövzusunda çıxış edərək qeyd etmişdir ki, uşaq hüquqlarının təmin edilməsi, onların dolğun inkişafı, qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətini təşkil edir.
Vurğulanmışdır ki, ölkəmizdə uşaq hüquqlarının etibarlı müdafiəsini, uşaqların mənafeyinin üstünlüyünü təmin etmək məqsədilə, bu sahədə Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq milli qanunvericilik sistemində bir sıra hüquqi islahatlar həyata keçirilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir.
Ombudsmanın nümayəndəsi qeyd etmişdir ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində aparılan islahatlar bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Belə ki, muxtar respublikamızda uşaqların rifahı və hüquqi müdafiəsi istiqamətində mühüm işlər görülür, uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hər cür şərait yaradılır. Muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən məhdud fiziki imkanlı şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi gücləndirilmiş, bu sosial qrupdan olan şəxslər üçün yaşayış binaları, fərdi mənzillər tikilmiş, onların tibbi və sosial reabilitasiyası məqsədilə müasir avadanlıqlar quraşdırılmış, Naxçıvan Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi, həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi istifadəyə verilmişdir.
Məruzəçi əlavə etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən nitq məhdudiyyəti olan, zehni inkişafın ləngiməsi, autizm və daun sindromlu uşaqlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmək məqsədilə yeni tədris ilində Şərur və Ordubad rayonlarında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin filialları təşkil edilmişdir.
Daha sonra məruzəçi mövzu ilə bağlı mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
30/05/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).