14:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb.
 
İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.
 
 
Ali Məclisin Sədri səfirlə yenidən görüşündən məmnunluğunu bildirib və bunu əlaqələrin göstəricisi kimi dəyərləndirib.
Azərbaycanın ərazi bütövlüyünün Hindistan tərəfindən beynəlxalq təşkilatlar səviyyəsində dəstəkləndiyini vurğulayan Ali Məclisin Sədri qeyd edib ki, bu, ölkələrimiz arasındakı yaxşı münasibətlərin nəticəsidir.
Ali Məclisin Sədri Azərbaycan-Hindistan əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası tərəfindən səylərin göstəriləcəyini diqqətə çatdırıb. 
Səmimi qəbula görə minnətdarlıq edən Sanjay Rana Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində Naxçıvana səfər etdiyini, muxtar respublikada sosial-iqtisadi və mədəni inkişafın şahidi olduğunu bildirib. Səfir bu il Naxçıvan şəhərində İslam Mədəniyyətinin Paytaxtı və Avropa günləri ilə bağlı keçiriləcək tədbirlərin muxtar respublikanın uğurlu inkişafının nəticəsi olduğunu qeyd edib, əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verdiklərini vurğulayıb.
 
01/06/2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).