21:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin preventiv mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmlər may ayı ərzində də davam etdirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin preventiv mexanizm fəaliyyəti ilə əlaqədar mayın 30-da Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmə həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu əsasında təşkil edilmiş başçəkmədə məqsəd uşaqların saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələləri, habelə uşaq hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.
Başçəkmə həyata keçirilərkən müəssisənin bütün obyektlərinə, o cümlədən yataq, tədris və reabilitasiya otaqlarına, habelə asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş otaqlara baxış keçirilmişdir.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
31/05/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).