14:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

"Kəhrəba" Fermer Təsərrüfatında yerli toxum sortları yetişdirilir.

Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də elmi-təcrübi fəaliyyətin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir. Naxçıvan Muxtar Respublikasında bu amil diqqətdə saxlanılır. "Kəhrəba" Fermer Təsərrüfatının yaradılması da bu sahədə görülən işlərin davamıdır. 
İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Kəhrəba" Fermer Təsərrüfatının əkin sahələrinə baxmışdır.
 
 
Məlumat verilmişdir ki, fəaliyyətini yerli və məhsuldar sortların qorunması, bərpası və yayılması istiqamətində quran "Kəhrəba" Fermer Təsərrüfatı üçün Babək rayonunun Şıxmahmud kəndində 26,2 hektar əkinəyararlı torpaq sahəsi ayrılmışdır. 2018-ci ilin məhsulu üçün təsərrüfatda 18,6 hektarda taxıl, 2,9 hektarda sarımsaq, 2,4 hektarda tütün, 2,3 hektarda isə kartof, bostan və tərəvəz bitkiləri əkilmişdir. Əkin zamanı yerli və rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə olunmuşdur. Aqrotexniki qaydalara düzgün əməl edilməsi məhsulun vegetasiya dövründə yaxşı inkişafına səbəb olmuşdur. Təsərrüfatda yetişdirilən yerli toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçilərinə və fermer təsərrüfatlarına paylanacaqdır. 
 
 
Ali Məclisin Sədri fermer təsərrüfatının təcrübə və maarifləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi, növbəli əkin qaydalarına əməl olunması, təsərrüfatda əsasən bostan-tərəvəz və dənli-paxlalı bitkilərin əkininə üstünlük verilməsi, bu zaman mütərəqqi suvarma və əkin metodlarından istifadə olunması, muxtar respublikada ixtisaslaşdırılmış yerli toxum sortlarına olan tələbatın ödənilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
 
13/06/2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).