15:27 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

     Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Naxçıvan Sərhəd Diviziyasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Sərhəd Diviziyası ilə birlikdə Naxçıvan Sərhəd Diviziyasının N saylı zastavasında hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
     
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Həmzə İmanov və Naxçıvan Sərhəd Diviziyasının əsgər və zabit heyəti iştirak etmişlər.
     
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun tələblərinin mahiyyəti" mövzusunda  geniş məruzə ilə çıxış etmişdir. A. Orucəliyev qeyd etmişdir ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında aparılan hüquqi islahatlar ilə demokratik, hüquqi dövlət quruculuğu, insan hüquqlarının ən ali dəyər kimi qorunması, insan və cəmiyyətin mənafeyinin daha önə çəkilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmişdir.
     
Ölkəmizin milli qanunvericilik bazası qısa zaman kəsiyində təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılımışdır.
      
Milli qanunvericiliyin durmadan təkmilləşdirilməsi ilə yanaşı, Respublikamız tərəfindən çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən 31 may 1996-ci il tarixli qanunla BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası", həmçinin 2 dekabr 2008-ci il tarixli qanunla isə bu Konvensiyanın Fakultativ Protokolu ratifikasiya edilmişdir. Natiq Konvensiyanın Fakultativ Protokolunun mahiyyəti barədə geniş məlumat vermişdir.     
    
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
     
Tədbirə Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Həmzə İmanov yekun vurmuşdur.

                                                                                       02/07/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).