10:36 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

      Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən iyun ayı ərzində bir sıra başçəkmələr həyata keçirilmişdir.

    Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun Preventiv mexanizm qrupunun üzvləri tərəfindən iyun ayı ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Həbsxana rejiminə, Qadınlar bölməsinə, Ümumi rejim-1 bölməsinə, Ümumi rejim-2 bölməsinə və İstintaq Təcridxanasına başçəkmələr həyata keçirmişlər.
      Həyata keçirilən başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlara rəftarını diqqət mərkəzində saxlamışlar.
     Həmçinin bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər. 
     Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.
 


                                                                                   02/07/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).