3:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində tədbir keçirilmişdir.
 
İyun ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Ümumi rejim-1 bölməsində tədbir keçirmişdir
Tədbirdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan MR Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları və həmin müəssisədə cəza çəkən məhkumlar iştirak etmişlər. 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Məhkumların islah olunması və islah işinin cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmada əhəmiyyəti"mövzusunda geniş məruzə ilə çıxış etmişdir. A.Orucəliyev qeyd etmişdir ki, cəzaların icrası zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün məhkumlara islah edilmə vasitələri tətbiq edilir. Azərbaycan Respublikasının CİM-in 8-ci madəsi məhkumların islah edilməsi və onun əsas vasitələrindən bəhs edir. Belə ki, məhkumların islah edilməsi onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, əməyə,cəmiyyətə,birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd edilmişdir ki, məhkumlara slah edilməvasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov yekun vurmuşdur.

                                                                                   02/07/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).