3:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən iyul ayı ərzində növbəti başçəkmələr həyata keçirilmişdir.

İyul ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və onun Preventiv mexanizm qrupunun üzvləri Müvəkkilin Preventiv mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Qarnizon Hauptvaxtına, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə, Ordubad rayon polis şöbəsinə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nzirliyinin tabeliyində olan Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə və Psixi Xəstəliklər Dispanserinə başçəkmə həyata keçirmişlər.
Həyata keçirilən başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlara rəftarını diqqət mərkəzində saxlamışlar.
Həmçinin bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər. 
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

 

 

    01/08/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).