0:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupunun üzvləri tərəfindən avqust ayı ərzində bir sıra başçəkmələr həyata keçirilmişdir.

     Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun preventiv qrupunun üzvləri Naxçıvan Muxtar Respublikası ərazisində  azadlıqdan məhrum etmə yerlərində, müvəqqəti saxlama yerlərində, o cümlədən müvafiq sosial obyektlərdəki saxlanma şəraitini daim diqqətdə saxlayır, bu müəssisələrdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri davam etdirirlər.
     Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv qrupunun üzvləri tərəfindən avqust ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi rejiminə başçəkmələr həyata keçirmişlər.
     Həyata keçirilən başçəkmələr zamanı Preventiv qrupun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını diqqət mərkəzində saxlamışlar. 
     Həmçinin bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər.
     Başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

                                                                                                              01/09/2014 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).