14:00 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hərbi hissələrdə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordusu tərəfindən birləşmə və hərbi hissələrdə hüquqi maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq əsgər, zabit və gizirlərlə görüşlərin təşkil edilməsi işi davam etdirilmişdir. 
Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Əlahiddə Ümumqoşun Ordusunun müvafiq struktur bölmələri ilə birlikdə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissələrində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
Həyata keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Abil Orucəliyev, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşları Akif Ələsgərov və hərbi hissələrin əsgər, zabit və gizir heyəti iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsan) Aparatının şöbə müdiri Abil Orucəliyev "Hərbi qulluqçuların təklif, ərizə və şikayət hüququ" və "Hərbi qulluqçuların istirahət hüququ" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Yekun sözlə çıxış edən Əlahiddə Ümumqoşun Ordusunun zabiti Akif Ələsgərov əsgər, zabit və gizirləri qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qanunvericiliyin və hərbi nizamnamələrin tələblərinə daim əməl etməyə çağırmış və əsgər, zabit, gizir heyətinə uğurlu xidmət arzulamışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
 

 
01/10/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).