20:22 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində tədbir keçirilmişdir.

     Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Ümumi rejim-2 bölməsində və Ciddi rejimində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
    Həyata keçirilən tədbirlərdə Müvəkkil Aparatının şöbə müdiri Abil Orucəliyev, Naxçıvan MR Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin adları qeyd olunan bölmə və rejiminin əməkdaşları və həmin müəssisədə cəza çəkən məhkumlar iştirak etmişlər.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Abil Orucəliyev "Məhkumlara tətbiq olunan tənbeh və həvəsləndirmə tədbirləri" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
    Abil Orucəliyev bildirmişdir ki, Azərbaycan Respublikasının məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət etdiyini və qoruduğunu, məhkumların islah edilmə vasitələrinin tətbiq edilməsinin qanuniliyininin, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyininin təmin etdiyini və cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqlarının təmin olunduğunu qeyd etmiş və bildirmişdir ki, məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər.
    Məruzəçi həmçinin məhkumların, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarının qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməli və cəmiyyətdə qəbul edilmiş müvafiq davranış normalarına riayət etməli olduqlarını qeyd etmişdir.
    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
    Tədbirə Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov yekun vurmuşdur.

                                                                                                        01/10/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).