17:38 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən oktyabr ayı ərzində bir sıra başçəkmələr həyata keçirilmişdir.


     Oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusmanın) Preventiv mexanizm qrupunun üzvləri Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinə və Naxçıvan şəhər Polis İdarəsinin 1 ¹-li Polis bölməsinə, Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə başçəkmələr həyata keçirmişlər.
    Həyata keçirilən başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını diqqət mərkəzində saxlamışlar.
   
Həmçinin bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər.
   
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.
 

                                                                                   03/11/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).