7:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hərbi hissələrdə hüquqi maarifləndirmə işi davam etdirilmişdir.


    Oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hərbi hissələrdə hüquqi maarifləndirmə işi davam etdirilmişdir.
    Belə ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Əlahiddə Ümumqoşun Ordusunun müvafiq struktur bölmələri ilə birlikdə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
    Həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşları Seymur Əlizadə, Cəbrayıl Nəbiyev, Araz Allahverdiyev və hərbi hissənin əsgər, zabit və gizir heyəti iştirak etmişlər.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsan) Aparatının əməkdaşı Asiman Abbasov "Hərbi qulluqçuların səsvermə hüququ" mövzusunda geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququnun olduğunu bildirmiş və qeyd etmişdir ki, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.
    Məruzəçi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
    Yekun sözlə çıxış edən Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Seymur Əlizadə əsgər, zabit və gizirləri qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qanunvericiliyin və hərbi nizamnamələrin tələblərinə daim əməl etməyə çağırmış və əsgər, zabit, gizir heyətinə uğurlu xidmət arzulamışdır.
    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

                                                                                                03/11/2014















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).