14:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Naxçıvan Sərhəd Diviziyasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Sərhəd Diviziyası ilə birlikdə Naxçıvan Sərhəd Diviziyasının "N" saylı zastavasında hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Alahyar Allahyarov və Naxçıvan Sərhəd Diviziyasının əsgər və zabit heyəti iştirak etmişlər.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Hərbi qulluqçuların seçki hüququ" mövzusunda geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsinin təşkil etdiyini, Azərbaycan xalqının iradəsinin ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapdığını qeyd etmiş və bildirmişdir ki, Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir.
    Məruzəçi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
    Tədbirə Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov yekun vurmuşdur.

                                                                                              03/11/2014















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).